Filialın açılış mərasimində Bankın rəhbərliyi, departament və filial direktorları, həmçinin bu şəhərlərin İcra Hakimiyyətinin rəhbər və nümayəndələri iştirak etmişlər.
Filiallar əhaliyə, şirkətlərə və təşkilatlara müxtəlif bank xidmətləri təklif edir. Bu aşağıdakı xidmətlərdən ibarətdir: hesablaşma-kassa xidmətlərini, depozitləri, VISA plastik kartları, Western Union, Contact, Migom, Travelex, PrivatMoney, Bıstraya poçta sistemləri üzrə təcili pul köçürmələrini və sair xidmətləri qeyd etmək olar.
Hazırda RoyalBank-ın Bakı, Sumqayıt, Lerik, Gəncə, Tovuz, Qazax və Astara şəhərlərində ümumi halda 29 filialı və 5 şöbəsi müştərilərə xidmət göstərir. Bank ölkənin müxtəlif regionlarında əhaliyə xidmət şəbəkəsini daha da genişləndirmək məqsədi ilə filial və şəbəkələrin sayını artırmağı planlaşdırır.
Bankın məqsədi xalqa xidmət etməkdən ibarətdir.

AZ
EN
RU
çap etmək 





