Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 15 may 2009-cu il tarixli ipoteka kreditləri verilməsi haqqında qərarı ilə RoyalBank kommersiya bankların sıyahısına daxil olub.
RoyalBank tərəfindən Azərbaycan İpoteka Fondunun şərtlərinə uyğun ipoteka kreditlərinin verilməsinə başlanılır.
- Kredit Azərbaycan manatı ilə verilir;
- Kredit Azərbaycan Respublikasının vətəndaşına verilir;
- Kredit 3 ildən 25 ilədək müddətə verilməlidir;
- Kreditin məbləği 50 000 manatdan çox olmamalıdır;
- Kredit üzrə illik faiz dərəcəsi 8% həddini aşmır;
- Kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 70%-dən çox olmamalıdır;
- İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 50%-dən çox olmamalıdır;
- Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;
- Kredit daşınmaz əmlakın ipotekası ilə təmin olunmalıdır;
- İpoteka ilə yüklü edilən daşınmaz əmlak müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilir;
- İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;
- Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitent ödənişlər) ödənilməlidir;
- Borcalanın həyatı və əmək qabiliyyəti, eləcə də ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;
- RoyalBank tərəfindən müəyyən olunan digər tələblər.

AZ
EN
RU
çap etmək 





