Xidmətlər

mətn :

RoyalBank , öz müştərilərinə şəxsi və əmanət hesabları, təcili pul köçürmələri, plastik kartlar və kreditin müxtəlif növləri kimi bank xidmətlərini təklif edir.

Əgər Siz ev almaq, tikmək, və ya təmir etmək, avtomobil, mebel, və ya məişət texnikası almaq istəyirsinizsə RoyalBank  Sizə çox sərfəli şərtlər əsasında kredit təqdim edərək kömək etməyə hazırdır.

Bizim Bankda istifadə olunan müasir texnologiya, o cümlədən internet bank xidmətləri ilə yeniləşmiş veb saytımız müştərilərimizə öz hesablarına real vaxtda daxil olmaqlarını təmin edir. Yerli sahibkarların ehtiyaclarını qane edilməsi məqsədi ilə indi Siz  şəxsi balansınızı evdən çıxmayaraq yoxlaya və odəniş apara bilərsiniz.

Korporativ müştərilər üçün RoyalBank, yerli sahibkarların ehtiyaclarını gane edilməsi məqsədi ilə kiçik və orta biznesin inkişafı ücün kommersiya borcları, depozit və cari hesabların müxtəlif növləri və konsaltinq xidmətlərini təqdim edir. Bizim peşəkar mütəxəssislər Sizə sığorta, yatırım və digər məsələlərdə köməklik göstşrş bilər.

Western Union, Contact, Lider, Coinstar, Bistraya Poçta, Migom –ın köməyi ilə Siz dünyanın istənilən yerinətəcili pul köçürmələri həyata keçirə bilərsiniz. Bizim Bankın çoxşaxəli şəbəkəsi Sizə bizim bankın xidmətlərindən Bakı, Tovuz, Qazax, Gəncə, Lerik, Astara və Biləsuvar şəhərlərində istifadə etməyə imkan yaradır.

Əlavə məlumat almaq üçün bu nömrələr ilə əlaqə saxlayın: (+994 12) 497 00 63; (+994 12) 497 33 60

 
 
 
 

  • Xidmətlər
  • Struktur
  • Müşahidə Şurası
  • Menecment
  • Rekvizitlər


  • Filiallarımızı siyahıdan seçin
    © 1993 - 2011 RoyalBank ASC. Bütün hüquqları qorunur.
    Valid CSS!