POS terminallar

mətn ölçüsü:

RoyalBank təkmilləşmə və mütərəqqi yeniliklərin tətbiqi istiqamətində çalışmaqdadır. Bu yönümdə nağdsız hesablaşmalara xüsusi diqqətin yetirilməsi, POS-terminal xidmətinin təkmilləşdirilməsi mühüm məsələlər sırasındadır.

Müştərilər nağdsız qaydada ödənişlərini Bankın quraşdırılmış 100-dən artıq POS-terminalı sayəsində sürətlə həyata keçirməkdədirlər. Bu cür alış-veriş daha rahat olduğundan debet və kredit kartlarının istifadəsi də artmaqdadır.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, kassa aparatları olan bütün ticarət obyektləri Pos-terminallarla təchiz olunmalıdır.

Təxmini hesablamalara görə respublikamızda kassa aparatları olan 30.000 obyekt fəaliyyət göstərir. Bu fakt pos-terminal ödəmə üsullarının daxil edilməsi perspektivlərini göstərir. Bu isə sistemin bütün iştirakçılarının inkişafı üçün əhəmiyyətli əsasdır.

POS-Terminal almaq üçün Fərdi və Korporativ müştərilərdən tələb olunan sənədlər aşağıdakılardır:

  • Səxsiyyət vəsiqəsinin surəti,
  • VÖEN- nin surəti,
  • Fəaliyyətini və ərazi uçot kodunu tasdiqləyən vergilər idarəsinin təqdim etdiyi arayışın surəti,
  • Fəaliyyət göstərdiyi ünvan sənədin surəti,
  • Açılmış sahibkar hesabına 800.00 AZN depozit yatırmaq,
  • POS terminal almaq üçün ərizə.

POS-Terminal almaq üçün müqavilə nümunəsi: endirin (pdf)

Nurit – Lipman POS-Terminal istifadəçi təlimatı: endirin (RUS – pdf)

Tərəfdaşlarımızla uzunmüddətli, səmərəli və sərfəli əmədaşlığın qurulacağına inanırıq.

 
 
 
 

  • Xidmətlər
  • Struktur
  • Müşahidə Şurası
  • Menecment
  • Rekvizitlər


  • Filiallarımızı siyahıdan seçin
    © 1993 - 2011 RoyalBank ASC. Bütün hüquqları qorunur.
    Valid CSS!