bank haqqında

mətn ölçüsü:

RoyalBank

RoyalBank -ın rəsmi adı RoyalBank Açıq Səhmdar Cəmiyyətidir.

Bank 1993-cü ilin avqust ayında “ÖZ BANK” adı altında səhmdar kommersiya bankı kimi yaradılmışdır. Bank öz fəaliyyətini 2 avqust 1993 – cü il tarixindən Milli Bank tərəfindən verilmiş 158-saylı lisenziyaya əsasən fəaliyyət göstərir. İndiki rəhbərlik Bank üzərində nəzarətini 2004 – cü ildən özünə götürmüş və idarəetmə və maliyyə sisteminin yenidən təşkili proqramını başlamışdır.

2006 – cı ildə, Bakı Fond Birjasında bank hissələrinin və qeydlərinin gostərilməsi səbəbindən RoyalBank – ın rəsmi statusu Açıq Səhmdar Cəmiyyəti-nə dəyişilmişdir.

RoyalBank – ın əsas fəaliyyət istiqaməti fərdi müştərilər, kiçik və orta müəssisələr üçün bank xidmətlərini həyata keçirməkdir.

RoyalBank – ın əsas məqsədi seçmə, yüksək-səviyyəli müştəri sayının etibarını qazanmaq və onların Azərbaycanın yüksək templə inkişaf edən iqtisadiyyatında bütün şəxsi və bank ehtiyaclarını təmin etməkdir. Bankımızın bütün ölkə daxili 31 filialı və 540 işçi personalının fəaliyyəti inkişafının əsas göstəricilərindən biridir.

RoyalBank – ın müntəzəm olaraq illik audit hesabatları Mərkəzi Bankın nəzarəti altında bankın daxili audit şöbəsi, eləcə də xarici şirkətlər tərəfindən aparılır.

Bacarıq və imkanlarını gücləndirmək məqsədilə RoyalBank hal–hazırda Beynəlxalq Maliyyə Korporasiyası (BMK), Avropa İnkişaf və Yenidənqurma Bankı (AİYB), ABŞ Beynəlxalq İnkişaf Təşkilatı (ABŞBİT), Asiya İnkişaf Bankı (AİB) və bir sıra digər Beynəlxalq Maliyyə Qurumlardan təlim və maliyyə əldə etməyə çalışır.

Bank müxtəlif təşkilatlar ilə sıx əlaqə yaradır və Azərbaycan Banklar Assosiyasiyasının, Azərbaycan Respublikası Ticarət və Sənayə Palatasının (ARTSP), Azərbaycan Əmanətlərin Siğortalanması Fondunun, Azərbaycan MikroMaliyyə Assosiasiyasının, Bakı Fond Birjasının, Alman-Azərbaycan İqtisadi Kömək İttifaqının və ABŞ Ticarət Palatasının (ABŞTP) üzvüdür.

 
 
 
 
  • Xidmətlər
  • Struktur
  • Müşahidə Şurası
  • İdarə Heyəti
  • Rekvizitlər


  • Filiallarımızı siyahıdan seçin
    © 1993 - 2009 RoyalBANK ASC. Bütün hüquqları qorunur.
    Valid CSS!