RoyalBank ASC öz iqtisadi inkişafına və kiçik və orta sahibkarlığa (KOS) davamlı maliyyə vasitəçiliyi xidmətlərinin gücləndirilməsi sahəsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə ikinci anlaşma memorandumunu (AM) imzalamışdır.

mətn :

RoyalBank ASC Kiçik və Orta Sahibkarlıq (KOS) üçün davamlı maliyyə vasitəçiliyi xidmətlərinin gücləndirilməsi sahəsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin  (USAİD) maliyyələşdirdiyi Chemonics International İnc. ilə Özəl Sektorun Rəqabətliyinin Gücləndirilməsi Proqramının (ÖSRGP) əsasında anlaşma memorandumu imzalamışdır.

Bu layihə ilə RoyalBank ASC-nin KOS kreditlərinin məhsul çeşidlərinin artırılması ilə yanaşı, lizinq, akkreditiv, qarantiya məktublarının verilmə prosesləri sahəsində yardım göstəriləcəkdir. Bu addım ilə RoyalBank ASC Azərbaycanın maliyyə KOS bazarında tezliklə geniş xidmət növlərini təqdim edəcək.

Anlaşma Memorandumu Özəl Sektorun Rəqabətliyinin Gücləndirilməsi Proqramının (ÖSRGP)  Rəhbəri cənab Danilo Kruz- DePaula və RoyalBank ASC-nin İdarə Heyətinin Sədri cənab Zaur Fərzəliyev tərəfindən imzalanmışdır.

Bu  USAİD tərəfindən Kiçik və Orta Sahibkarlıq (KOS) sektoruna və digər müştəri qrupunun ehtiyaclarına uyğun maliyyə vasitəçiliyi xidmətləri göstərən ikinci texniki yardımdır.

 
 
 
 
  • Xidmətlər
  • Struktur
  • Müşahidə Şurası
  • İdarə Heyəti
  • Rekvizitlər


  • Filiallarımızı siyahıdan seçin
    © 1993 - 2009 RoyalBANK ASC. Bütün hüquqları qorunur.
    Valid CSS!