Gündəlik rahatlığınız üçün RoyalBank , Sizə müxtəlif cür Visa plastik kartlarını təqdim edir. Bizim Visa kartları dünyanın bütün ölkələrində qəbul olunur.
![]() |
Visa – Electron – aşağı qiymətinə görə ən əlverişli kartdır. |
|
|
Visa – Classic – dünyada ən məşhur kartlardır. Bu kartlar xidməti – ticarət ödənişləri yaxud bank və bankomatdan nəğd pul əldə etmək üçün nəzərdə tutulub. Classic kartlar, müasir və zamanının dəyərini bilən insanlar üçün idealdır. Bu kartlar internet, telefon, poçt vasitəsi ilə realizə olunan xidmət və malların ödənişi, eyni zamanda otelin, biletin sifarişi və ya avtomobilin icarəsi üçün istifadə oluna bilər. |
|
|
Visa – Business – rahatlıqla işgüzar məsrəflərin hesabının aparılmasına imkan verir. Bu kart kiçik və orta, işçilərinin sayı 50 nəfərə qədər olan müəssisələr üçün idealdır. |
|
|
Visa – Gold – Sizin varlığınız və nüfuzunuzu əlamətləndirəcək bir ekskluziv kartdır. Bu kartla Siz nəinki mağaza, mehmanxana və restoranların ən istəkli müştərisi olacaqsınız, eyni zamanda Siz güzəşt və xüsusi təkliflərdən istifadə edə bilərsiniz. |
|
|
Visa – Virtuon kart növü yalnız internetdə istifadə edilə bilər. Visa Virtual müştərilərin elektron ticarətə inamını möhkəmləndirir, o, real və virtual mağazalarda edilən xərcləri fərqləndirmək iqtidarındadır. |
|
|
RoyalBank tərəfindən təqdim edilən Visa Platinum kartı imtiyazlar və imkanların dünyasına qapı açır. Bu kart dünyanın bütün ölkələrində ticarət və xidmət obyektləri, otellər və digər müəssisələrdə tanınır və qiymətləndirilir, eyni zamanda, hər ticarət obyekti kartın istifadəçisini bankın imtiyazlı müştərisi olaraq qəbul edir. Qeyd etmək istərdik ki, Visa Platinum kartı Azərbaycanda sadəcə bir neçə bank tərəfindən buraxılır, lakin əlavə olunmuş xidmətləri nəzərə alaraq, RoyalBank tərəfindən təqdim edilən kart öz növbəsində unikal məhsul sayılır. |
|
|
Visa – İnfinite məhsulları sırasında ən nüfuzlu kartdır. Visa İnfinite, unikal məhsul olaraq, sahibinə bir neçə ekskluziv üstünlük verir. Bu kartla ən gözəl imtiyazlara layiq olmaq olar. Bütün dünyada Visa İnfinite kartları sahiblərinin sayı cəmi bir neçə min nəfərdir və ona sahib olanlar arasında siyasi, mədəni və biznes elitaya aid şəxslər var. |
|
Visa – Gift |
|
![]() |
![]() |
|
Visa – Travel |
|
![]() |
![]() |
|
|
MasterCard – Maestro kartları istər əldə olunması, istərsə də istifadəsi baxımından ən rahat plastik kart növüdür. Bu kartların sahibləri bütün dünya üzrə ATM və POS – terminallar şəbəkəsi vasitəsilə nağd vəsait əldə etmək, həmçinin 30 mln.- dan artıq ticərət və xidmət məntəqəsində alış – veriş etmək imkanına sahibdirlər. |
|
|
MasterCard – Standart kartları bütün dünya üzrə 30 milyondan artıq, o cümlədən Azərbaycanda 2,000 – dən artıq məntəqədə mal və xidmətlər almaq, həmçinin nağd vəsait əldə etmək üçün istifadə oluna bilər. Rahat, etibarlı və universal istifadə vasitəsi kimi bu kartlar on milyonlarla insanların gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilərək nağd puldan istifadənin yerini tamamilə almışdır. Master Standard kartları xaricə səfər edən insan üçün xüsusilə əlverişlidir. |
|
|
MasterCard – Business kartla kiçik və orta müəssisələrdə gündəlik ödəmələr etmək mümkündür. MasterCard – Business kartları üzrə hesablar taqdim edildikdə bank köçürmələrə dair ətraflı məlumat təqdim edir və bu, şirkət və təşkilatlara xərclərin qruplaşdırılması, vergi və digər hesabatların sadələşdirilməsinə imkan verir. |
|
|
MasterCard – Gold kartları yüksək sosial statusun göstəricisi olmaqla, özündə MASTER Standard kartlarının bütün üstünlükləri ilə yanaşı, müxtəlif yüksək keyfiyyətli xidmətlərdən istifadə imkanını nəzərdə tutur. Bu kartla prestijli otel, restoran, mağaza və s. müəssisələrin xidmətlərindən istifadə zamanı güzəştlər; müxtəlif müəssisələrdə, o cümlədən otellər, restoranlar, avia-şirkətlər və s.-də bron və rezerv imkanları; yüksək səviyyəli tibbi xidmətlərdən istifadə imkanı var. |

AZ
EN
RU
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)




çap etmək 





