Hesablaşma-kassa

mətn ölçüsü:

RoyalBank fiziki şəxslərə hesablaşma-kassa əməliyyatları üzrə aşağıdakı xidmətləri təklif edir:

  • Cari / tələbli hesabın manat, ABŞ dolları, avro və başqa valyutada açılması
  • Pul vəsaitlərinin hesaba nağd və nağdsız formada mədaxili
  • Azərbaycan daxilində və xaricə bank köçürmələrinin həyata keçirilməsi
  • Hesabdan nağd vəsaitin verilməsi
  • Hesab və əməliyyatlar üzrə arayış və çıxarışların, ödəmə sənədlərinin surətinin verilməsi
  • Valyutanın alışı və satışı üzrə multivalyutalı konvertasiya əməliyyatlarının həyata keçirilməsi
  • Bank əməliyyatlarının keçirilməsi üzrə məsləhətlərin verilməsi

İnternet bankinq xidməti sayəsində müştəri cari hesab üzrə əməliyyatlarını Banka gəlmədən, internet vasitəsi ilə evdə və ya ofisdə yoxlaya bilər.


Fiziki şəxslər üçün cari / tələbli hesabın açılması:

Cari /tələbli hesabın açılması üçün müştəri şəxsiyyət vəsiqəsini (Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Vergilər Nazirliyindən hər hesab növü üçün bir nümunə şəhadətnamə- dublikatı) Banka şəxsən təqdim etdikdən sonra hesabın açılması haqqında ərizə formasını doldurur və müştərinin imza nümunələri rəsmiləşdirilir.

Hesablaşma-kassa xidmətləri Bank və Müştəri arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bankın göstərdiyi xidmətlər görə komissyon haqqı Bankın qüvvədə olan tarifləri əsasında tutulur.

 
 
 
 

  • Xidmətlər
  • Struktur
  • Müşahidə Şurası
  • Menecment
  • Rekvizitlər


  • Filiallarımızı siyahıdan seçin
    © 1993 - 2011 RoyalBank ASC. Bütün hüquqları qorunur.
    Valid CSS!