Əmanətlər

mətn ölçüsü:

RoyalBank müştərilərinə geniş çeşidli əmanət növləri təklif edir. Bankın əməkdaşları Sizə maraqlarınıza uyğun əmanət növünün seçilməsində kömək etməyə hər zaman hazırdır.

RoyalBank Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əhalinin Bankda yerləşdirilmiş əmanətləri Fondun şərtləri üzrə sığortalanır.

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, sığorta halı yarandıqda Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmış əmanət üzrə ödənilən kompensasiyanın məbləği 01 yanvar 2009-cu ildən əmanətin 100% həcmində maksimum 30.000 manat təşkil edir.

RoyalBank aşağıdakı əmanət növlərini təqdim edir:

ROYAL AİLƏ  ƏMANƏTİ

  • ailələr üçün uyğundur; bu hesabdan 2 nəfər istifadə edə bilər
  • əmanətin minimum məbləği: 500 AZN/ USD/ EUR
  • əmanət müddəti: 12, 24 və ya 36 ay
  • faizlərin ödənilməsi: aylıq
  • əmanətin 70%-i məbləğində pulsuz kredit kartı təqdim edilir

ROYAL ŞAHZADƏ ƏMANƏTİ

  • övladınızın təhsilinə qoyulan əmanət
  • əmanətin minimum məbləği: 200 AZN/ USD/ EUR
  • əmanət müddəti: 36 aydan yuxarı
  • faizlərin ödənilməsi: illik
  • övladınızın hər ad günündə RoyalBank tərəfindən hədiyyə verilir

ROYAL XƏZİNƏDARLIQ ƏMANƏTİ

  • əmanət limiti və müddətində məhdudiyyət yoxdur
  • əmanətin minimum məbləği: 200 AZN/ USD/ EUR
  • əmanət müddəti: yoxdur
  • faizlərin ödənilməsi: aylıq

ROYAL STANDART ƏMANƏTİ

  • uzun müddətli ehtiyaclarınızı qarşılayan tipik əmanət
  • əmanətin minimum məbləği: 200 AZN/ USD/ EUR
  • əmanət müddəti: 9-24 ay
  • əmanətin 70%-i məbləğində pulsuz VISA GOLD kartı təqdim edilir
  • balansda 5000-dən çox məbləğdə vəsait olduqda müştəriyə pulsuz kredit kartı verilir.

ROYAL TAC ƏMANƏTİ

  • müştərilər əlavə güzəşt və xidmətlərlə təmin olunur
  • əmanətin minimum məbləği: 30 000 AZN/ USD/ EUR
  • əmanət müddəti: 12 ay
  • əmanətin 70%-i məbləğində pulsuz VISA GOLD kartı təqdim edilir
  • faizlərin ödənilməsi: aylıq
 
 
 
 
  • Xidmətlər
  • Struktur
  • Müşahidə Şurası
  • İdarə Heyəti
  • Rekvizitlər


  • Filiallarımızı siyahıdan seçin
    © 1993 - 2010 RoyalBank ASC. Bütün hüquqları qorunur.
    Valid CSS!