depozitlər

mətn ölçüsü:

RoyalBank Sizin həyat tərzinizi və ailə vəziyyətinizi nəzərə alaraq geniş çeşidli əmanət növlərini təklif edir. Personalımız yüksək əmanət faizinin və Sizə uyğun olan əmanətin növünün seçimində yardım etməyə hər zaman hazırdır.

Bankımız müştərilərə aşağıdakı əmanət növlərini təqdim edir:

ROYAL AİLƏ HESABI

  • ailələr üçün uyğundur; bu hesabdan 2 nəfər istifadə edə bilər
  • minimal əmanət məbləği: 500 AZN/ USD/ EUR
  • əmanət müddəti: 12, 24 və ya 36 ay
  • faizlərin ödənilməsi: aylıq
  • əmanətinizin 70%-i məbləğində pulsuz kredit kartı təqdim edilir

ROYAL ŞAHZADƏ HESABI

  • övladınızın təhsilinə qoyulan əmanət
  • minimal əmanət məbləği: 200 AZN/ USD/ EUR
  • əmanət müddəti: 36 aydan yuxarı
  • faizin ödənilməsi: illik
  • övladınızın hər ad günündə RoyalBank tərəfindən hədiyyə

ROYAL XƏZİNƏDARLIQ HESABI

  • əmanət limiti və müddətində məhdudiyyət olmayan hesab növüdür.
  • minimal əmanət məbləği: 200 AZN/ USD/ EUR
  • əmanət müddəti: yoxdur
  • faizlərin ödənilməsi: aylıq

ROYAL STANDART HESABI

  • uzun müddətli ehtiyaclarınızı qarşılayan tipik əmanət hesabı
  • minimal əmanət məbləği: 200 AZN/ USD/ EUR
  • əmanət müddəti: 9-24 ay
  • əmanətinizin 70%-i məbləğində pulsuz VISA GOLD kartı təqdim edilir
  • balansında 5000-dən çox məbləğ olduğu zaman müştəri pulsuz kredit kartla təmin olunur.

ROYAL TAC HESABI

  • bu hesab müştəriləri əlavə güzəşt və xidmətlərlə təmin olunur
  • minimal əmanət məbləği: 30 000 AZN/ USD/ EUR
  • əmanət müddəti: 12 ay
  • əmanətinizin 70%-i məbləğində pulsuz VISA GOLD kartı təqdim edilir
  • faizlərin ödənilməsi: aylıq
 
 
 
 
  • Xidmətlər
  • Struktur
  • Müşahidə Şurası
  • İdarə Heyəti
  • Rekvizitlər


  • Filiallarımızı siyahıdan seçin
    © 1993 - 2009 RoyalBANK ASC. Bütün hüquqları qorunur.
    Valid CSS!