RoyalBank ASC-nin idarə heyətinin sədr müavini cənab Fərid Həsənovun verdiyi məlumata əsasən RoyalBank Azərbaycan Respublikasının Prezidentinin 22 noyabr 2005-ci il tarixli 1114 nömrəli Sərəncamını rəhbər tutaraq 28 iyul 2010-cu il tarixindən etibarən ölkədə ödəniş kartlarına diqqəti artırmaq və yeni müştəriləri cəlb edilməsi məqsədi ilə yeni kampaniyaya başlanılmışdır.
Kampaniya çərçivəsində hər bir VİSA kartı sifariş edən müştəri əlavə olaraq pulsuz MasterCard əldə edəcəkdir. Eyni zamanda Banka aid VİSA kartları olan müştərilər kampaniya müddətində istənilən vaxt pulsuz MasterCard əldə edə bilərlər.
Kampaniya 31 .09.2010-cu il tarixinə qədər davam edəcəkdir.
Eyni zamanda Bank yaxın müddətdə ödəniş kartları sferasında ölkədə analoqu olmayan yeni layihəyə start verəcəkdir.
RoyalBank müştərilərini sevindirməkdə bundan sonrada davam edəcəkdir.

AZ
EN
RU
çap etmək 





