RoyalBank ASC Korporativ müştərilərə aşağıdakı kredit növlərini təklif edir:
- Kreditlər
- Overdraftlar
- Zəmanətlər
- Akkreditivlər
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün biznes fəaliyyətinin genişləndirilməsi məqsədilə verilən kreditlər
Kreditlər
RoyalBank – müəssisə və fərdi sahibkarlar üçün həm yerli, həm də xarici valyuta
ilə kredit verilmənin müxtəlif növlərini təqdim edir. Kredit ayrılması haqqında
qərar verilərkən müştərinin məşğul olduğu biznes sahəsinin effektivliyi,
müəyyənləşdirilən layihənin rentabelliyi kimi faktorlar əsas götürülür.
Kreditin müddəti və şərtləri:
- Müddəti 1 ildən 2 ilədək
- Faiz dərəcəsi fərdi olaraq layihənin qiymətləndirilmə prosesindən sonra təyin olunur
- Rahat ödəmə sistemi
- Zəmanət kimi daşınmaz əmlak, təchizat-avadanlıq, avtotransport və ya ikinci-üçüncü
şəxslərin zaminliyi və ya maliyyə durumu sabit olan müəssisə və təşkilatlar
çıxış edə bilər- Girova qoyulan əmlakın sığortası mütləqdir.
Lazımi sənədlər:
- Mühasibat və maliyyə hesabatları haqqında
- Kredit öhdəliklərinə təminat verən sənədlər
- Ödəmə qabiliyyətini və iqtisadi səmərəliliyini göstərən sənədlər də daxil olmaqla
kreditləşdirilən layihənin biznes planı- Notarial qaydada təsdiq olunmuş təsis sənədləri
- Kreditləşdirilən layihənin xarakterindən asılı olan digər sənədlər
Qeyd: Kredit üzrə ərizələrinin baxılması zamanı üstünlük maliyyə durumu sabit olan, RoyalBank-da hesabı olan və kreditin qaytarılması üçün zəmanətləri olan ticarət və istehsal müəssisələrinə üstünlük verilir.
Overdraftlar
RoyalBank – şirkətinizin kassa üzülmələrinin yerinin doldurulması üçün Overdraftlar (qısamüddətli kreditlər) təklif edir.
Maksimal müddət – 1 aydır.
Bizness fəaliyyətinin genişləndirilməsi məqsədilə verilən kreditlər
RoyalBank-ın fəaliyyətinin vacib strateji istiqamətlərindən biri kiçik və orta iş müəssisələri ilə əməkdaşlığın qurulmasıdır.
Lazımi sənədlər:
- VÖEN haqqında şəhadətnamə
- Mühasibat və maliyyə hesabatları
- Zamin dayanan şəxsin şəxsiyyət vəsiqəsi və iş yerindən arayış
- Tələb oluna bilən digər sənədlər

AZ
EN
RU
çap etmək 





