Hesablaşma-kassa

mətn ölçüsü:

RoyalBank korporativ müştərilərə hesablaşma-kassa əməliyyatları üzrə aşağıdakı xidmətləri təklif edir:

  • Cari hesabların manat, ABŞ dolları, avro və başqa valyutada açılması
  • Pul vəsaitlərinin hesaba nağd və nağdsız formada mədaxili
  • Azərbaycan daxilində və xaricə bank köçürmələrinin həyata keçirilməsi
  • Hesabdan nağd vəsaitin verilməsi
  • Hesab və əməliyyatlar üzrə arayış və çıxarışların, ödəmə sənədlərinin surətinin verilməsi
  • Valyutanın alışı və satışı üzrə multivalyutalı konvertasiya əməliyyatlarının həyata keçirilməsi

İnternet bankinq xidməti sayəsində müştəri cari hesab üzrə əməliyyatlarını Banka gəlmədən, internet vasitəsi ilə evdə və ya ofisdə yoxlaya bilər.

Hüquqi şəxslər üçün cari hesabın açılması qaydası:

Cari hesabın açılması üçün hesabın açılması haqqında ərizə forması (hər hesab növü üzrə 1 nümunə) doldurulmalı və aşağıdakı sənədlər Banka təqdim olunmalıdır:

  • Vergilər Nazirliyində (01 yanvar 2008-ci il tarixinədək Ədliyyə Nazirliyində) qeydiyyatdan keçmiş Nizamnamə (notarial qaydada təsdiq edilmiş surəti)
  • Vergilər Nazirliyindən (01 yanvar 2008-ci il tarixinədək Ədliyyə Nazirliyindən) Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə (notarial qaydada təsdiq edilmiş surəti)
  • Vergilər Nazirliyi (01 yanvar 2008-ci il tarixinədək Ədliyyə Nazirliyi) tərəfindən verilmiş Hüquqi Şəxslərin Dövlət Reyestrindən çıxarış (notarial qaydada təsdiq edilmiş surəti)
  • Vergilər Nazirliyindən şəhadətnamə-dublikat (hər hesab növü üçün 1 nümunə)
  • Müəssisənin təsisçilərinin şəxsiyyətini təsdiq edən sənədlər
  • Müəssisənin rəhbərinin və baş mühasibinin işə təyinatı barədə əmrdən çıxarış
  • Müəssisənin rəhbərinin və baş mühasibinin şəxsiyyətini təsdiq edən sənədlər
  • İmza və möhür nümunələri olan vərəqə (notarial qaydada təsdiq edilmiş)

Hesablaşma-kassa xidmətləri Bank və Müştəri arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bankın göstərdiyi xidmətlər görə komissyon haqqı Bankın qüvvədə olan tarifləri əsasında tutulur.

 
 
 
 

  • Xidmətlər
  • Struktur
  • Müşahidə Şurası
  • Menecment
  • Rekvizitlər


  • Filiallarımızı siyahıdan seçin
    © 1993 - 2011 RoyalBank ASC. Bütün hüquqları qorunur.
    Valid CSS!