
RoyalBank ASC “Azərbaycan İpoteka Fondu”-na üzv olduqdan bəri ipoteka kreditinin alınması üçün 35-dən çox rəsmi müraciəti qəbul edib.
Xatırladaq ki, RoyalBank ASC 11 iyun 2009-cu il tarixindən etibarən ipoteka vermə prosesinə başlamışdır. Hal-hazırda 6 ipoteka evi rəsmiləşdirilərək öz sahibini tapmışdır.
Nəzərinizə çatdırırıq ki, ipoteka kreditləri aşağıda göstərilən sərtlərlə verilir:
- Kredit Azərbaycan manatı ilə verilir;
- Kredit Azərbaycan Respublikasının vətəndaşına verilir;
- Kredit 3 ildən 25 ilədək müddətə verilir;
- Kreditin məbləği 50 000 manatdan çox olmamalıdır;
- Kredit üzrə illik faiz dərəcəsi 8% həddini aşmır;
- Kreditin məbləği, kreditin verildiyi tarixdə ipoteka edilən daşınmaz əmlakın bazar qiymətinin 70%-dən çox olmamalıdır;
- İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (birgə borcalanların) aylıq məcmu gəlirinin 50%-dən çox olmamalıdır;
- Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;
- Kredit daşınmaz əmlakın ipotekası ilə təmin olunmalıdır;
- İpoteka ilə yüklü edilən daşınmaz əmlak müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;
- İpotekaya qoyulmuş daşınmaz əmlak sahibinin hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;
- Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitent ödənişlər) ödənilməlidir;
- Borcalanın həyatı və əmək qabiliyyəti, eləcə də ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;
- RoyalBank tərəfindən müəyyən olunan digər qanuni tələblər.

AZ
EN
RU
çap etmək 





